Yaxın Şərq ABŞ üçün bir çox cəhətdən əhəmiyyətlidir, ABŞ bölgəni tərk etməyəcək.
Metbuat.az xəbər verir ki, ABŞ-ın Baş Qərargah rəisi Mark Milley belə açıqlama verib. O bildirib ki, ABŞ-ın Yaxın Şərqlə yaxın dostluğu var. Milleyin sözlərinə görə, Yaxın Şərq neftin əsas mənbəyidir. Buna görə də, regionda sabitliyin bərpası vacibdir.
“ABŞ həm Suriyada, həm də İraqda hərbi varlığını davam etdirəcək. Biz birdən-birə buradan geri çəkildiyimiz halda, İŞİD üzvləri burada yenidən təşkilatlana bilər. Vəziyyət əvvəlkindən daha yaxşıdır, amma yenə də müəyyən səy tələb edir. ABŞ Yaxın Şərqlə əlaqələrini davam etdirəcək. ABŞ Yaxın Şərqi tərk etməyəcək. Buradakı öhdəliyimiz uzun illər davam edəcək" - Mark Milley deyib.