ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı-bombardmançı təyyarələri mülki təyyarənin ABŞ Prezidenti Co Baydenin istirahət etdiyi Tahoe gölü (Nevada) ərazisində bağlı hava məkanını pozması səbəbindən havaya qaldırılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Şimali Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı (NORAD) yaydığı yazılı açıqlamada bildirib.
“İki NORAD F-16 qırıcısı və ABŞ Sahil Mühafizəsinin bir MH-65 Dolphin vertolyotu, mülki təyyarənin Taho gölü (Nevada ştatı) ərazisində müvəqqəti uçuş məhdudiyyəti zonasını pozması ilə bağlı hərəkətə keçib. Mülki təyyarə zonanı pozub və zonadan kənarda müşayiət olunub", - sənəddə deyilir. Təyyarə insidentsiz ərazini tərk edib.