Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək.
Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, 27-si gündüz və 28-də ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.