Priqojinin ölümündə yeni versiya: "Çevriliş ola bilər"

"Rusiyada Kreml təbliğatçıları Priqojini Qərbin xüsusi xidmət orqanlarının öldürdüyünü yayırlar. Onlar anlamırlar ki, bu pis versiyadır. Hətta elədirsə, bu Rusiya elitası üçün çox pis mesajdır – yəni, sizin təhlükəsizliyinizə təminat yoxdur, Qərb sizi hər yerdə öldürə bilər, Putin sizi qoruya bilmir".

Metbuat.az xəbər verir ki, bu fikirləri Natiq Cəfərli deyib. Onun açıqlamasına görə, Putinin Priqojini cəzalandırdığı doğrudursa, o zaman bu elita üçün “dəli qoca kimi istəsə aradan götürə bilər" mesajı olacaq:

"İkinci versiya da odur ki, Putinsiz Şoyqu və komandası Priqojini aradan götürübsə, deməli “dəli qoca” hər şeyi və hamını nəzarətdə saxlaya bilmir, yeni ciddi “güc mərkəzi”, və ya “Kremlin güclü qülləsi” yaranıb. Hər bir halda Priqojin hadisəsi elita üçün çox pis hadisədir.

Bu yaşananlardan sonra "sağqalma instinkti” işə düşə bilər. Həmin instinkt isə ya Qərblə münasibətləri yaxşılaşdıracaq, ya da Putindən can qurtarmağa yönləndirəcək. Ümumiyyətlə, bu hadisə elitanı öz başına çarə qılmağa vadar edəcək. Bu da Putin üçün heç də yaxşı gedişat deyil".

Natiq Cəfərli qeyd edib ki, “Priqojin ölməyib, teatrdır” versiyası da 21-ci əsrdə ciddi nəticəsi olmayan teatr tamaşası kimidir:

"Rusiya kimi ölkədə aşağıdan dəyişikliklər mümkün olmasa da, "saray çevrilişləri" reallaşa bilər".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR