"Fənərbağça" istəyirdi, "Qalatasaray" alır

İstanbulun "Qalatasaray" klubu yeni transferə hazırlaşır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, türklər "Tottenhem"in yarımmüdafiəçisi Tanqi Ndombelenin keçidini həll etməyə çalışır. Bildirilir ki, klub rəhbərliyi 26 yaşlı fransalı futbolçu üçün qarşı tərəflə danışıqlar aparır. Oyunçunun Türkiyə çempionatında çıxış etmək istədiyi deyilir.

Qeyd edək ki, sözügedən oyunçu ilə "Fənərbağça" da yaxından maraqlanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı