Lerikdə ödəmə terminalından oğurluq edən qardaşlar saxlanıldı

Lerikdə mağazadan və içərisindəki ödəmə terminalından oğurluq edən qardaşlar saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Lerik rayonunun Noda kəndi ərazisində yerləşən mağazadan 160 manat pulun, 1244 manat dəyərində tütün məmulatlarının, orada quraşdırılmış ödəmə terminalının sındırılaraq içərisindən 2880 manat pulun oğurlanması, bundan əlavə mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Baş Cinayət Axtarış İdarəsi və Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhəri Qaradağ rayon sakinləri Təhməz Dadaşov və qardaşı Bahadır olduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Lerik RPŞ-də zəruri istintaq tədbirləri həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı