Fatih Terim bu komandanı çalışdıracaq - Razılıq əldə olundu

Türkiyənin təcrübəli məşqçisi Fatih Terim yenidən məşqçilik fəaliyyətinə geri qayıdır.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fatih Terim Səudiyyə Ərəbistanı millisinin təklifini qəbul edib. Məlumata görə, tərəflər arasında detallar razılaşdırılıb. İddialara görə, Səudiyyə Ərəbistanı Fatih Terimə yaxşı məvacib təklif edib.

Terimin sonuncu iş yeri “Qalatasaray” klubu idi.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi fransız Herve Renard idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı