Bəxtiyar Hacıyevdən xəbər var

Bəxtiyar Hacıyevin ev dustaqlığına dair vəsatəti bu gün Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmədi.

Metbuat.az xəbər verir ki, bunu vəkil Aqil Layıc bildirib. Məhkəmə təqsirləndirilən şəxsin həbsdə qalmasına qərar verib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1 (məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı