Məşqçisi Musa Qurbanlı barədə bunları dedi

İsveçin "Yurqorden" komandasının baş məşqçisi Tomas Laqerlöf futbolçusu Musa Qurbanlı haqda fikirlərini bildirib.

Metbuat.az "Qol.az"a istinadən bildirir ki, oyundan sonra keçirilən mətbuat konfransında Tomas Laqerlöf Musa və yeni müdafiəçiləri Samuel Dal barədə danışıb. O, hər iki futbolçusunun oyunundan razılığını bildirib.

"Onların qələbədə əməyi çox oldu. Musa meydanda çox olduqca daha da yaxşı oynamağa başlayır. O, öz işini görür, komandanın ritminə daxil ola bilib, futbolçu yoldaşlarını tanımağa başlayıb" - deyə baş. məşqçi qeyd edib.

Qeyd edək ki, “Yurqorden” dünən İsveç çempionatının 21-ci turunda “Deqefors”a qalib gəlib (4:1). M.Qurbanlı bu matçda 2 qol vurub, 1 qolun isə ötürməsini edib. Bu, onun yeni qoşulduğu İsveç çempionatında ilk qolları olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR