İntihar xəbəri yayılan kişi öldürülübmüş - Xırdalanda faciə

Xəbər verdiyimiz kimi, avqustun 25-də Xırdalanda kişinin intihar etməsi barədə xəbər yayılmışdı.

Abşeron rayon prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, avqustun 25-i gecə saat 2 radələrində Xırdalan şəhərində 1981-ci il təvəllüdlü Elsevər Həsənovun yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı Elsevər Həsənovun bıçaqla özünə xəsarət yetirərək intihar etməsi yaxınları tərəfindən bildirilsə də, hadisənin təfərrüatları ətraflı olaraq rayon prokurorluğunda araşdırılıb.

Araşdırmalarla 1989-cu il təvəllüdlü Gülnar Məmmədovanın yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı, 1981-ci il təvəllüdlü Elsevər Həsənova bıçaqla xəsarət yetirib, ehtiyatsızlıqdan onun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Gülnar Məmmədova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR