​ “Park Bulvar”da “Azerçay” stendi yeniləndi - FOTO

Doğma çay “Azerçay”ın “Park Bulvar”da yeni stendinin açılış mərasimi təşkil edilib.

Məşhur aparıcı Sənan Şəfizadənin iştirakı ilə keçirilən tədbirdə qonaqlara “Azerçay” haqqında məlumatlar verildi və eyni zamanda iştirakçılar çaya qonaq edilib.

Tədbirə qonaqlarla bərabər “Azərsun Holdinq” şirkətlət qrupunun rəhbər şəxsləri də qatılıb.

Sənan Şəfizadə, iştirakçılara çayla bağlı bir-birindən maraqlı suallar verərək qaliblərə hədiyyə çay paketləri təqdim etdi. Eyni zamanda açılışda uşaqlar üçün çay və şirniyyatlar da paylanıb.

Xaricə səfər etdiyinizdə doğmalarınız üçün doğma çay “Azerçay”ı bu gözəl stenddən əldə edə bilərsiniz. Bir-birindən gözəl və fərqli qablaşdırma və dadda olan hədiyyəlik çaylar doğma vətəndən gələn ən gözəl pay olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR