"Dinamo Zaqreb"də forma geyinən milli futbolçumuz Mahir Emreli Rusiyada oynaya bilər.

Metbuat.az bildirir ki, bu barədə "Euro-Football" məlumat yayıb. Qonşu ölkənin “Lokomotiv” klubu 26 yaşlı hücumçu ilə yaxından maraqlanır.

"Lokomotiv" fransalı hücumçusu Vilson İşidorla bağlı müsbət nəticə əldə etməsə, Mahir Emrelinin transferi üçün çalışacaq.