​Priqojinin ölmədən əvvəl dediyi sözlər: Təyyarə havada parçalanacaq

Rusiyanın Tver şəhərində təyyarənin yerə düşməsi nəticəsində öldüyü açıqlanan “Vanqer” muzdlularının lideri Yevgeni Priqojinlə bağlı bir müddət əvvəl lentə alınan video yenidən gündəm olub.

Metbuta.az xəbər verir ki, videonun “Vaqner”in üsyanı ərəfəsində çəkildiyi bildirilir. “Vaqner”ə yaxınlığı ilə bilinən "Grey Zone" teleqram kanalında paylaşılan videoda Priqojin Rusiyadakı problemlərdən danışır:

"Bu gün qaynama nöqtəsinə gəldik. Niyə bu qədər səmimi danışıram? Çünki bu ölkədə yaşamağa davam edəcək o insanlar qarşısında mənim haqqım yoxdur. Onları aldadırlar. Yalan danışmayacağam. Düzünü deməliyəm ki, Rusiya fəlakətin astanasındadır. Əgər bu dişli çarxlar bu gün düzəldilməzsə, o zaman təyyarə havada parça-parça olacaq".

Priqojinin işlətdiyi ifadələr sosial media istifadəçiləri tərəfindən “O, hələ də sağdır”, “Priqojin ölməyib” kimi şərhlərin yazılmasına səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR