Adada təşkil edilən təntənəli toy yarımçıq qaldı - Bəy həbs edildi

Aralıq dənizindəki Krit adasında baş tutan, daha doğrusu baş tutmayan toy gündəm olub.

Metbuat.az xəbər verir ki, gəlin və təxminən 2 min adam kilsədə saatlarla bəyi gözləyərkən onun həbs olunduğu məlum olub. Bəy gəlini evindən götürüb birlikdə toyun keçirildiyi əraziyə getməli idi. Bildirilir ki, bəy narkotik və tarixi əsər qaçaqmalçılığına görə polis tərəfindən saxlanılıb. Polisin bəyin evində keçirdiyi reyd zamanı 174 qram kokain, güllə və tarixi əsərlər müəyyən edilib. Əməliyyat zamanı məlum olub ki, bəyin anası da kokainin bir hissəsini gizlətmək istəyərkən polislər tərəfindən yaxalanıb və saxlanılıb.

Bəyin vəkili Giorgos Kokosalis bildirib ki, ailə böyük təvazökarlıq və təəssüf hissi ilə minlərlə qonaqdan üzr istəyir və onlar da bu toyun ləğvinə görə çox məyus olublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı