Şimali Koreyanın Rusiyaya göndərdiyi KN-23 ballistik raketlərində qərb ölkələrinin istehsal etdiyi komponentlərin olduğu məlum olub.
Metbuat.az xəbər verir ki, Şimali Koreya istehsalı olan KN-23 ballistik raketləri Rusiyanın Ukraynaya qarşı hücumlarında səmərəli istifadə edilib. Bildirilir ki, Ukrayna KN-23 ballistik raketlərinin qalıqlarını araşdırıb. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatlarına görə, Şimali Koreya KN-23 ballistik raketlərinin istehsalında qərb ölkələrindən aldığı xammaldan istifadə edib.
Bildirilir ki, il ərzində Ukraynaya qarşı atılan 194 ballistik raketdən 60-ı, təxminən üçdə biri Şimali Koreya istehsalı olan KN-23 raketləridir.