“Gənclik” stansiyasında iş rejimi dəyişdiriləcək

Avqustun 31-də Bakı metropoliteninin “Gənclik” stansiyasında “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının pley-off mərhələsi oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimi tətbiq olunacaq.

Metbuat.az xəbər verir ki, paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən stansiyada matçın başlanması ərəfəsində iş rejimi gücləndiriləcək.

Görüşə çoxsaylı azarkeş marağını nəzərə alaraq, gücləndirilmiş iş qrafikində çalışacaq stansiyada sərnişinlərin arenaya rahat yollanması və təhlükəsizliyin tam təmin edilməsi məqsədilə növbətçilik cədvəli tərtib olunacaq və stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.

Sərnişinlərin oyun qurtardıqdan sonra da mənzil başına təhlükəsiz və rahat çatması üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. Bununla qatarların hərəkəti intensivləşdiriləcək. Qatarların hərəkəti qrafiki isə gün ərzində yay iş rejiminin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyac yaranarsa, hazır vəziyyətdə olan ehtiyat qatarlar xəttə buraxılacaq.

Bakı metropoliteninin “28 May” və “Nərimanov” stansiyalarında da müvafiq nəzarət mexanizmləri tətbiq ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR