​Ermənilər "humanitar yardım" məntəqəsi açdılar

Ermənilər Kornidzorda qəbul və "humanitar yardım" məntəqəsi açıblar.

Metbuat.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Qeyd edək ki, hazırda Laçın postundan keçmək üçün Ermənistanın 21 yük maşınından ibarət konvoyu və Fransanın yük avtomobilləri gözləyir.

Xatırladaq ki, Paris meri Anna Hidalqonun rəhbərliyi altında Fransanın bir neçə şəhərinin merləri Ermənistan - Azərbaycan sərhədinə gəlib. Fransadan Qarabağ erməniləri üçün göndərilən yüklü avtomobillər bu gün səhər İrəvandan Laçın yoluna doğru - konvoyun dayandığı yerə gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı