Lerikdə 4 obyekt sahibi cərimələndi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena və ətraf mühitin mühafizəsi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Lerikdə tədbirlər həyata keçirib.

DİN-in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, tədbirlər zamanı təbii su hövzələrinə çirkab suların axıdılması, su obyektlərinin mühafizəsi qaydalarının pozulması və qanunsuz odun tədarükü faktları aşkar olunub. aşkarlanan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) və 252-ci ( Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulması) maddələrinin tələblərini pozan ümumilikdə 4 vəzifəli və 1 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı