Ölən başqa şəxsdir: "Priqojinin DNT-si tapılmadı" - İDDİA / FOTO

Rusiyada nəzəriyyələri ilə tanınan politoloq Valeri Solovey “Vaqner”in lideri Yevgeni Priqojin haqqında iddia ilə çıxış edib.

Metbuat.az xəbər verir ki, o, Priqojinin ölmədiyini, təyyarə qəzasında onun dublyordan istifadə etdiyini iddia edib. Soloveyin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin də bu vəziyyətdən məlumatlıdır. Ekspert Priqojinin qisas ala biləcəyini iddia edib. Qeyd edək ki, sosial şəbəkələrdə paylaşılan və Priqojinin dublyoruna aid olduğu iddia edilən pasportun görüntüsü də iddianı gücləndirib.

Moskvanın mühüm qurumlarından olan Beynəlxalq Münasibətlər İnstitutunun keçmiş professoru Soloveyin sözlərinə görə, rus rəsmilər Priqojinin DNT-sini dağıntılar yerində tapmayıb. Ekspert Priqojinin 1,7 milyard dollarlıq “Bitcoin”ə çıxışı olduğunu xatırladaraq onun hökumətdən qisas ala biləcəyini ifadə edib.

Rus profesörden bomba Prigojin iddiası: Hayatta ve intikamını planlıyor


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı