Qondarma rejimin yeni "başçısı" kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Qarabadakı qondarma rejimin "rəhbəri" Arayik Arutyunyan istefa verib. Arayik Arutunyan özü istefa verməzdən öncə qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyanı vəzifədən azad edib. Separatçılara rəhbərlik müvəqqəti olaraq qondarma “Təhlükəsizlik Şurasının katibi” Samvel Şahramanyana keçib. Belə ki, o, "dövlət naziri" postuna gətirilib.

Metbuat.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, Samvel Şahramanyan “milli təhlükəsizlik xidməti”nin direktoru, Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olub.

İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olub, 1998-ci ildə Xankəndidəki universitetə keçib və 1999-cu ildə oranı bitirib. 1996-1999-cu illərdə Qarabağdakı qanunsuz silahlı dəstədə “xidmət” edib. O, 1999-2008-ci illərdə Ukraynada xidmət edib. 2008-ci ildən Qarabağdakı qondarma qurumda bir sıra “vəzifələrdə” çalışıb.

2018-ci il iyulun 16-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Komissiyanın "sədri" təyin edilib.

29 may 2020-ci il tarixdə qondarma sərəncamla “general-mayor” olub.

Xatırldaq ki, cari ilin martın 1-də Samvel Şahramanyan Xocalı dialoqunda iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı