Bu il subbakalavrlar 34 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər.
Dövlət İmtahan Mərkəzindən Metbuat.az-a bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı ötənilki göstəricidən 1665 nəfər daha çoxdur.
"Subbakalavrlar say etibarilə daha çox Mingəçevir Dövlət Universiteti (586 nəfər) Azərbaycan Texniki Universitetinə (490 nəfər), Lənkəran Dövlət Universitetinə (453 nəfər) və Azərbaycan Texnologiya Universitetinə (432 nəfər) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 54.10%-nin, Naxçıvan Müəllimlər İnstituna qəbul olunanların 51.03%-nin, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 41.10%-nin subbakalavrlar olduğunu görərik" - deyə məlumatda qeyd olunub.