Meyxana ustadının son vəziyyəti açıqlanıb

Ustad meyxanaçı Kərimin vəziyyəti pisləşib. Bu barədə məlumatı onun yaxın dostu, müntəzəm olaraq Kərimə baş çəkən meyxanaçı Ağamirzə verib.

Metbuat.az "Lent.az"a istinadən bildirir ki, o, son dəfə Kərimlə 10 gün öncə görüşdüyünü deyib.

"Bu günlərdə getməmişəm, yalan deyərəm, amma 10 gün olar ki, baş çəkmişdim ona. Vəziyyəti pisləşsə, xəbərim olardı. Elə bir şey yoxdur. Amma ümumi olaraq vəziyyəti yaxşıya doğru yox, pisə doğru dəyişir. Həkim nəzarəti altında dərmanları verilir, həkim özü də ümumi nəzarət edir. Ailəsi qayğısına qalır. Allah kömək olsun deməkdən başqa çarəmiz qalmayıb. Bu dərdin tibb elmində əlacı yoxdur", - deyə meyxana ustası əlavə etdi.

Qeyd edək ki, 59 yaşlı meyxanaçı Kərim uzun müddətdir keçirdiyi insult səbəbi ilə yataq xəstəsidir. O, sərbəst şəkildə heç bir hərəkəti yerinə yetirə, danışa və ətrafındakıları tanıya bilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı