“Türkiyə təzyiqlərə baxmayaraq, müstəqil kurs yürüdəcək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın ona edilən təzyiqlərə baxmayaraq, müstəqil kurs yürütməyə davam edəcəyini bildirib.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universiteti Hərbi Hava Qüvvələri Akademiyası Komandanlığının diplom və bayraq təhvil-təslim mərasimində çıxışı zamanı deyib.

“Artan xaos və qeyri-müəyyənlik şəraitində Türkiyə hərbi, diplomatik, iqtisadi və siyasi nailiyyətləri ilə özündən söz etdirir. Təzyiqlərə baxmayaraq, Türkiyə müstəqil kurs yürüdülməsinə sadiq qalacaq və lazımsız avantüralara getməyəcək”, - Ərdoğan vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı