Salahın transferə razılıq verdi

"Liverpul"un futbolçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanına transfer olmağa razılıq verib.

Metbuat.az xəbər verir ki, Məhəmməd Salah "Əl-İttihad"la anlaşıb. Məlumata görə, tərəflər arasında ilkin razılaşma əldə olunub və yekun anlaşma üçün tərəflər detalları nəzərdən keçirir.

Bəzi mənbələr Salahın müqavilə imzalamaq üçün krallığa getdiyini yazır. Bildirilir ki, "Əl-İttihad" Salaha 76 milyon avro maaşla üçillik müqavilə təklif edib. "Əl-İttihad” “Liverpul”la da razılıq əldə edib.

Qeyd edək ki, 2017-ci ildən "Liverpul"da çıxış edən Məhəmməd Salahın klubu ilə 2025-ci ilə qədər müqaviləsi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı