"Humanitar yardım erməniəsilli sakinlərə çatdırılana qədər buradayıq” - Ceyhun Mirzəyev

“Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün gətirdiyimiz ərzaq yükünün Xankəndiyə çatdırılması üçün hələ də cavab gözləyirik”.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş katibi Ceyhun Mirzəyev hazırki vəziyyətlə bağlı məlumat verərkən deyib.

O bildirib ki, artıq 5-ci gündür ki, müvafiq işçi heyəti ilə burdadırlar: “Hamı üçün məqsədimiz bəllidir. Məqsəd və məramımız ondan ibarətdir ki, iki yük maşınında olan ərzaq yükünü Qarabağ iqtisadi zonasında olan erməniəsilli sakinlərə çatdıraq. Hələ heç bir danışıqlar yoxdur. Hər hansı bir yeni məlumat olan kimi dərhal mənimlə əlaqə saxlıyacaqlar. Hazırda da cavab gözləyirik. Gətirdiyimiz ərzaq yükün Xankəndində olan erməniəsilli sakinlərə çatdırılana kimi, biz burda qalacağıq işimizi davam etdirəcəyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR