Xalq artisti müəllimlərə səsləndi: Bunu etməyin

Xalq artisti Mehriban Zəki müəllimləri tənqid edib.

Metbuat.az xəbər verir ki, aktrisa aktyor dərsləri verənlərə səslənib. O bildirib ki, aktyorlar yaxşı hazırlaşdırılmır:

"Gələn il üçün aktyor sənəti ixtisasına abituryentləri hazırlaşdıran müəllimlər: Lütfən, bütün uşaqlara eyni şeir, etüd, monoloq öyrətməyin. Hamı bir-birini "kopy-past" edib sanki. Fərqli və fərdi yanaşın gənclərə. Bu il tələbə adını qazanmış gənclərə uğurlar. Sənəti sevin ki, sənət də sizi sevsin".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı