Sentyabrın 3-də Kürdəmirdə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Metbuat.az-a bildirilib ki, yerli vaxtla saat 20:38-də zəlzələ episentrdə 5 bala qədər, Qəbələ, İsmayıllı, Ağsu ,Ucar, Göyçay, Mingəçevir, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub.