Bakı, 4 iyun, Nihat Budaqov, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) alimlərindən ibarət neft-qaz yataqlarının işlənməsi üzrə birgə işçi komissiyası yaradılıb. Komissiya Azərbaycandakı köhnə yataqlarda neftvermə əmsalını artırmağa xidmət edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Bakıda keçirilən XXII Beynəlxalq “Xəzər Neft və Qaz” konfransının ikinci günündəki çıxışında məlumat verib. “Əminəm ki, bu komissiya bütün potensiallardan istifadə edərək neftvermə əmsalının artırılması istiqamətində müsbət nəticələrə nail olacaq”, - deyə akademik qeyd edib.