"Qalatasaray"ın sabiq futbolçusu Azərbaycan klubunda

İstanbulun "Qalatasaray" klubunda forma geyinmiş Yesse Sekidika Azərbaycanda oynayacaq.

Metbuat.az türk mediasına istinadən bildirir ki, oyunçu "Sabah"la razılığa gəlib. Oyunçu ilə tezliklə rəsmi müqavilə bağlanacaq.

27 yaşlınigeriyalı oyunçu son olaraq “Eyüpspor”da oynayıb, hazırda isə azad agentdir.

Qeyd edək ki, 2020-ci ildə “Qalatasaray”la anlaşan Sekidika iki il müxtəlif klublarda icarə əsasında çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR