Hindistanın adının dəyişdirilərək "Bharat" olacağı iddia edilir.
Metbuat.az "The Economist times"a istinadən xəbər verir ki, adın dəyişdirilməsi ilə bağlı qərarı hökumət parlamentin sentyabrın 18-22-nə təyin edilmiş növbədənkənar iclasında qaldırıla bilər.
Konstitusiyaya dəyişiklik edilməsi və Hindistanın adının "Bharat" olaraq dəyişdirilməsi tələbi güclənib.
G20 dövlət başçılarının və nazirlərin qatıldığı nahar dəvətində ölkənin adı "Bharat" kimi qeyd olunub.