Hərbi qulluqçunu döyən şəxs həbs edildi

Ağstafada hərbi qulluqçunu döyən şəxs həbs edilib.

Metbuat.az "Apa"ya istinadən xəbər verir ki, rayon sakini Bukavadze Baloğlan Abdul oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən yolun ensiz olması səbəbindən həmyerlisi Həmidov Şamxal Şahin oğlunun idarə etdiyi "VAZ 21011" markalı minik avtomobilinə yol verməməsi səbəbindən tərəflər arasında mübahisə yaranıb.

Baloğlan Bukavadze qarşı avtomobildə sərnişin olan müddətdən artıq hərbi qulluqçu olan Əlizadə Orxan İlham oğlunu yaxınlıqda olan daş hasarın arxasına apararaq, əli ilə sinəsinə möhkəm vuraraq yerə yıxıb. Nəticədə Orxan Əlizadə yıxılarkən başı oradan keçən qaz borusuna dəyərək xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, B.Bukavadze şübhəli şəxs qismində tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı