İspaniya mətbuatı "Real Madrid"lə müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılan Eden Hazardın "Qalatasaray"a transfer ola biləcəyini yazıb.
Metbuat.az xəbər verir ki, tərəflərin danışıqlar apardığı və Hazardın Türkiyədə futbol oynamağa qarşı olmadığı irəli sürülüb. “El Golda” isə yazır ki, belçikalı ulduz ölkəsinin komandalarından olan “Royal Antverpen”ə gedə bilər.
Digər tərəfdən, Hazardla "Qalatasaray" və "Royal Antverpen"dən başqa "Atletiko Madrid"in də maraqlandığı qeyd edilib. Bildirilib ki, La Liqa təmsilçisi “Əş-Şabab”a keçəcəyi gözlənilən Yannik Karraskonun yerinə futbolçu axtarır.
Xəbərdə həmçinin qeyd olunub ki, Eden Hazard ABŞ və Səudiyyə Ərəbistanından gələn təklifləri rədd edib.