15 il əvvəl keçirilən Türkiyə-İsveçrə matçı təkrarlanır - VİDEO

2008-ci il futbol üzrə Avropa Çempionatının unudulmaz oyunlarından olan Türkiyə-İsveçrə matçında meydanda olan futbolçular yenidən bir araya gəlir.

Metbuat.az xəbər verir ki, sentyabrın 9-da İsveçrənin Lozanna şəhərində hər iki ölkənin milli komandaları həmin günkü heyətlərlə yoldaşlıq oyunu keçirəcək. Bu oyundan əldə olunan gəlirlər, başda Hatayspor olmaqla zəlzələdə zərər görən futbol komandalarına veriləcək.

Qeyd edək ki, 15 ill əvvəl keçirilən Türkiyə-İsveçrə oyunu 2-1 hesabı ilə başa çatmışdı.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı