Kütləvi qətliam var dedilər - Əslində reallıq başqa imiş

İngiltərənin şərqindəki Linkolnşir əyalətində kafeyə gedən şəxs yerdə hərəkətsiz uzanan insanları görəndən sonra polisə zəng edərək kütləvi qətl hadisəsinin olduğu barədə məlumat verib.

Metbuat.az xəbər verir ki, polis cəld hadisə yerinə basqın edib. Məlum olub ki, əslində insanlar yoqa ilə məşğul olurmuş. Polisin basqını nəticəsində yoqa dərsi yarımçıq qalıb.

Kafenin müdirləri və yoqa dərsinin şagirdləri polis basqınını görəndə təəccübləniblər. Polislər sakinin xoş niyyətli davranışını nəzərə alaraq əsassız məlumata görə, sakinə heç bir cəza verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı