Göyçayda Rusiya vətəndaşı itkin düşüb

Göyçayda 59 yaşlı Rusiya vətəndaşı itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Rusiya Federasiyasının vətəndaşı, 1964-cü il təvəllüdlü Kuzmin Sergey Nikolayeviç avqustun 9-da son üç ildir Göyçay rayonunda yaşadığı ünvandan çıxıb və geri qayıtmayıb.

    Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102”Xidməti-Zəng Mərkəzinə, eləcə də Göyçay Rayon Polis Şöbəsinin (020)274-04-91 şəhər və (050) 502-34-56 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR