Kreml Paşinyanı devirmək istəyir? - Rəsmi AÇIQLAMA

Ermənistanın hökumətyönümlü “Baqramyan 26” teleqram kanalı Kremlin “Vaqner” döyüşçülərindən istifadə edərək Paşinyan və onun komandasını hakimiyyətdən uzaqlaşdırmaq niyyətində olduğunu yazıb. Qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putin üçün “son damla” erməni-amerikan hərbçilərinin birgə təlimləri olub.

Metbuat.az xəbər verir ki, rəsmi Moskva iddiaları "cəfəngiyyat" adlandırıb.

NEWS.ru-ya danışan Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin bildirib ki, belə bir fakt yoxdur:

“Belə şeyləri ifadə etmək üçün rəqəmlərlə, faktlarla işləmək lazımdır və hansısa virtual sxemlər ortaya atıb bütün dünyaya bu barədə hayqırmaq çox ağıllı olmayan, daha doğrusu, çox axmaq siyasətçilərin işidir. . Bu cür bəyanatlar Rusiyaya qarşı düşmənçilik yaratmaq üçün yayılır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı