"Mənim də anam, bacım var" - Sevgilisinin ittihamından DANIŞDI

"Mançester Yunayted"in braziliyalı ulduzu Antoni ona qarşı qaldırılan ittiham barədə ilk dəfə danışıb.

Metbuat.az bildirir ki, bu barədə məşhur insayder Fabrizio Romano yazıb. Antoni məsələ barədə bunları deyib:

"Mən heç vaxt qadınlara qarşı zorakılığı dəstəkləmirəm. Tamamilə səhvdir, 100 faiz səhvdir. Mənim də anam, bacım var və heç vaxt istəməzdim ki, bu onların başına gəlsin. Bilirəm ki, həqiqət ortaya çıxacaq”.

Qeyd edək ki, Antoninin keçmiş sevgilisi futbolçunun ona şiddət tətbiq etməsi barədə açıqlama verib. Bundan sonra futbolçu millidən uzaqlaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı