İki ölkə arasında gərginlik gözlənilən idi - Mixail Zabelin

Son günlər Rusiya-Ermənistan münasibətlərində müşahidə olunan gərginlik gözlənilən idi.

Metbuat.az xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin deyib.

Qeyd edib ki, son günlər Ermənistan rəhbərliyi tərəfindən Rusiya əleyhinə bir sıra addımlar atılıb: “Əvvəlcə baş nazir Nikol Paşinyanın "respublikanın təhlükəsizlik sahəsində yalnız bir ölkədən asılılığının strateji səhv olduğu" barədə bəyanatı, sonra Ermənistan hökuməti tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiya üçün parlamentə göndərilməsi, bu, BCM-nin mart ayında həbs olunması üçün Order verdiyi Rusiya Prezidenti Vladimir Putinin bu ölkəyə gəlməsinin mümkünsüzlüyü deməkdir. Daha sonra ölkə KTMT–dəki daimi nümayəndəsini geri çağırıb və hələ də yeni təyinat etməyib. Ermənistan müdafiə nazirliyi 11-20 sentyabr tarixlərində ölkədə ABŞ ilə birgə “EAGLE PARTNER 2023” ("Tərəfdaş Qartal-2023") hərbi təlimlər keçirəcəyini elan edib. Bir gün əvvəl bununla əlaqədar olaraq Rusiya XİN-ə Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan çağıraraq ona kəskin etiraz bildirilib və nota verilib.

“Biz hər zaman bu barədə demişik, bizim Prezidentimiz deyib ki, Azərbaycan etibarlı tərəfdaşdır. Hər iki ölkə tərəfdaşlıq əlaqələri saxlayır. Xüsusilə, məlum olduğu kimi, iki ölkə müttəfiqlik, qarşılıqlı fəaliyyət haqqında Bəyannamə imzalayıb. Biz hər zaman Rusiyanın müxtəlif strukturlarında, istər Dövlət Dumasında, istərsə də Federasiya Şurasında deputatlar ilə görüşlərdə deyirdik ki, Ermənistan etibarsız tərəfdaş və müttəfiqdir, bu ölkə istənilən zaman xəyanət edə bilər. Bu, hər zaman və Azərbaycana qarşı da baş verib. Hələ sovet vaxtı və ondan əvvəl biz Azərbaycanda bir ailə kimi, dinc şəraitdə yaşayırdıq. Azərbaycan hər zaman multimədəni dövlət olub. Burada hər kəs Azərbaycan xalqının sevgisini və hörmətini görüb. Təəssüflər olsun ki, sonradan biz Ermənistanın arxadan necə zərbə vura biləcəyini gördük”, - deyə Rus İcmasının sədri qeyd edib.

M.Zabelinin sözlərinə görə, Rusiya indi Ermənistan rəhbərliyinin, onun millətçi dairələrinin hər şeydən üstün, “dənizdən dənizə” olduğuna inananların əsl simasını öyrənir.

“Rusiya Azərbaycana qarşı ədalətli mövqe və Ermənistanla münasibətlərin normallaşdırılması üzrə səylərə dəstəyi aktivləşdirən kimi Ermənistan rəhbərliyi yüksək dərəcədə millətçi olaraq özünü tam “gözəlliyi” ilə göstərdi. Bu millətçilər faktiki olaraq Rusiyanı rədd etmək və təhqir etmək yolunu seçdilər, lakin bu, yanlış yoldur”, - deyə icma rəhbəri bildirib.

Prezident İlham Əliyevin Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olduğu, Azərbaycanın sülh və dostluq şəraitində yaşamaq, münasibətlər qurmaq, Xankəndi də daxil olmaqla, bütün Qarabağ bölgəsinin çiçəklənməsini təmin etmək istədiyi barədə sözlərini xatırladan Mixail Zabelin Ermənistanın özü üçün çuxur qazdığını vurğulayıb.

“Erməni xalqının beynində nə baş verdiyini bilmirəm. Bu ölkədə həm iqtisadi, həm də sosial xarabalıq hökm sürür, lakin erməni millətçiliyi və şovinizmi onlara bu keyfiyyətlərin üzərindən keçməyə, bütün xalqlarla sülh şəraitində yaşamağa imkan vermir. Gürcüstan, Türkiyə, Azərbaycan, indi də Rusiya ilə münasibətlərdə problemlər mövcuddur. Ermənistan öz gələcəyini necə təsəvvür edir? Bu suala cavab vermək çətindir. Lakin düşünürəm ki, biz ümumi səylərlə hər halda Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur edəcəyik və Xankəndi də nəzarətimizə qayıdacaq və xalqımızla dostluq şəraitində yaşamaq istəyən ermənilər özləri belə bir istəyi ifadə edəcəklər”, - deyə Azərbaycanın Rus İcmasının sədri sözlərini yekunlaşdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı