Bakıda market və avtomobil yandı

Bakı şəhərinin Yasamal rayonunda marketin ərazisində 4 m² sahəyə yığılan karton qutular, sahəsi 12 m² olan 1 otağında 1 ədəd sistem bloku, 1 ədəd notebook, 1 ədəd printer, 2 ədəd kondisioner, çöl divarına quraşdırılan 1 ədəd elektrik lövhəsi və yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, marketin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR