İçməli suyun qənaətlə istifadəsi tövsiyə edilir

Azərbaycanın Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərində, həmçinin Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsində yaşayan abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edilir.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Belə ki, sözügedən ərazilərə içməli su məhdudiyyətlərlə verilir. Bunun səbəbi son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlığın həddən artıq yüksək olması nəticəsində Kür Sutəmizləyici Qurğular Kompleksində emal olunan suyun həcminin xeyli azalmasıdır.

Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı