Sarı kart alan futbolçucunun cavabı gündəm oldu - FOTO

Yutub fenomeni Maks Foş xeyriyyə oyununda İngiltərə Premyer Liqasının keçmiş hakimi Mark Klattenburqun ona göstərdiyi sarı vərəqəyə “UNO” kartı ilə cavab verib.

Metbuat.az xəbər verir ki, hadisə Londonda “Sidemen FC” və “YouTube All Stars” arasında keçirilən xeyriyyə matçında baş verib. Maks Foşun bu davranışı hamını güldürüb.

Qeyd edək ki, “UNO” kartının nümayişindən sonra oyun tərsinə oynanılır. “Sidemen FC” xeyriyyə oyununda “YouTube All Stars”a 8-5 hesabı ilə qalib gəldi. Matçda 2 milyon funt sterlinqdən çox ianə toplanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı