Akopyan Kiyevdə 40 dəqiqəliyə yoxa çıxdı - İLGİNC SƏBƏB

Mən bütün günü Anna Akopyanın Kiyevə getməsinin səbəbini və Paşinyanın Qərb mediasına verdiyi axmaq müsahibələrdən tutmuş, son iki həftədə yersiz hərəkətlərinin səbəbini öyrənməyə çalışdım.

Metbuat.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı media maqnatı, “Nyus” (News) media holdinqinin təsisçisi, milliyyətcə erməni Aram Qarbrielyanov deyib.

“Paşinyan heç kimə, hətta yaxın çevrəsinə də etibar etmir. Necə deyərlər, hər səhər və günortaya qədər laqeydlik və az qala paranoya vəziyyətində olur. Günorta saat ikidən sonra özünə gəlir. Kiyevdə Anna 40 dəqiqə müddətinə yoxa çıxdı. Onu Ukrayna Milli Təhlükəsizlik Xidmətinin maşını götürdü və 40 dəqiqədən sonra otelə qaytardı. Heç kim onun həmin müddətdə harada olması və kiminlə görşdüyünü bilmir. Kiyev təsadüfi seçilməmişdi. Çünki rus xüsusi xidmət orqanlarının orada fəaliyyəti çox çətindir. Paşinyanın oğlu da Kanadaya gedib”, - Qabrielyanov bildirib.

Onun sözlərinə görə, Paşinyanın iki variantı var:

“Ya parlamenti çağırıb KTMT-dən çıxdığını elan etməli və Rusiya hərbi bazasının Ermənistandan çıxmasını tələb etməlidir. Paralel olaraq amerikalılara Ermənistanda baza yaratmağı təklif etməlidir. İkinci variantı isə qaçmaqdır. Həm birinci, həm də ikinci variantla bağlı Anna Akopyanı təlimatlar almaq və ərini onlara təhvil vermək üçün göndəriblər. Hər halda Nikol hakimiyyətini saxlamaq üçün milləti dağıntının astanasına qoyub. Paşinyan üç əllə oynayır: amerikalı və türklərlə”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı