"Bizim Ermənistanla heç bir problemimiz yoxdur".
Metbuat.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladmiri Putin Şərq İqtisadi Forumunda deyib:
"O, mənə ətraflı məktub göndərib. Paşinyanla da heç bir problemimiz yoxdur, onunla daim əlaqə saxlayırıq".
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan bölgədə yaranan gərginlik fonunda bir gündə 5 ölkə rəhbərinə zəng edib. İran Prezidenti Seyid İbrahim Rəisi, Fransa prezidenti Emmannuel Makron, ABŞ Dövlət katibi Antoni Blinkenlə, Almaniya kansleri Olaf Şoltsla və Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə telefon danışığı olub. Həmçinin dünən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla telefonda danışıb. Baş nazir hər telefon danışığında Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlara hazır olduğunu bildirib. Rəsmi Bakı isə cavabında hələ İrəvandan heç bir müraciət almadığını bildirib.