Hazard keçmiş klubuna geri dönə bilər

"Real Madrid"ə keçidindən sonra karyerasında eniş yaşayan və hazırda klubsuz olan Eden Hazard İngiltərə Premyer Liqasına geri dönə bilər.

Metbuat.az "Goal.com"a istinadla xəbər verir ki, oyunçunun keçmiş klubu "Çelsi" 32 yaşlı futbolçunu geri qaytarmağa hazırdır. Belə ki, London təmsilçisi belçikalı ilə danışıq aparır.

Son müsahibəsində karyerasını bitirmək niyyətində olduğunu bildirən Hazardın da yenidən "zadəganlar"da çıxış etmək istədiyi bildirilir.

Əgər razılaşma əldə olunsa, onun keçidi "Çelsi"yə pulsuz başa gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR