Dünyanı heyrətə gətirən görüntülər: Cəsədlərini nümayiş etdirdilər - VİDEO

Mexikoda Konqresdə keçirilən dinləmələrdə insana aid olmadığı iddia edilən iki varlığın qalıqları təqdim edilib.

Metbuat.az xəbər verir ki, jurnalist və Ufoloq Jaime Maussan tərəfindən təqdim edilən “cəsədlərin” yadplanetli qalıqları olduğu irəli sürülüb. Qalıqlar 1000 il əvvələ aiddir.

San Lazaro Qanunvericilik Sarayında and içən Maussan deyib: "Bu nümunələr bizim yer təkamülümüzün bir hissəsi deyil. Bunlar UFO qəzasından sonra tapılan varlıqlar deyil. Onlar diatom (yosunlar) mədənlərində tapılıb və sonradan fosilləşib. İctimaiyyətin insan olmayan texnologiyalar və insan olmayan varlıqlar haqqında məlumat almaq hüququ var. Bizi ayıran deyil, insanlığı birləşdirən bir məsələdən danışırıq. Bu geniş kainatda biz tək deyilik.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı