"Artıq Moskvaya arxalana bilmərik" - Paşinyan ETİRAF ETDİ

"Ermənistan artıq Rusiyaya arxalana bilməz".

Metbuat.az "Politico"ya istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, bunun əsas səbəbi Rusiyanın Ukraynada apardığı müharibədir:

"Ukraynada gedən savaş Moskvanın imkanlarına təsir etdi"

Paşinyan həmçinin qeyd edib ki, Azərbaycan və Türkiyə Rusiya üçün strateji əhəmiyyət daşıyan ölkələrdir:

“Ona görə də Kreml bu dövlətləri özündən uzaqlaşdırmamağa çalışır. Biz isə müstəqil, suveren olmaq istəyirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı