Putin Şimali Koreyaya gedəcək

Koreya Xalq Demokratik Respublikası lideri Kim Çen İn Rusiya prezidenti Vladimir Putini ölkəsinə dəvət edib.

Metbuat.az xəbər verir ki, Koreya mətbuatının məlumatına görə, Rusiya prezidenti dəvəti qəbul edib.

Xatırladaq ki, Kim Çen İn Rusiyaya sentyabrın 12-də gəlib. Onun Vladimir Putinlə görüşü sentyabrın 13-də səhər saatlarında Vostoçnıy kosmodromunda baş tutub. Geniş tərkibdə danışıqlar bir saata yaxın davam edib. Sonra Rusiya prezidenti ilə KXDR liderinin təkbətək söhbəti olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı