Dünyanın ən uzun adlı komandası onlardır

"La Liqa" dünyanın ən uzun adlı komandasının sponsoru olub.

Metbuat.az xəbər verir ki, bu klubun adı "Llanfairpwllgwyngyllgogerychwyrndropwllllantysiliogogogoch"dur. Klub Uelsin 5-ci liqasında çıxış edir. Qısa adı isə “CPD Llanfairpwll”dir.

1 illik müqaviləyə görə, komandanın formalarında yeni La Liqa loqosu əks olunacaq. Klubun adının verildiyi qəsəbənin adında qoşa “l” hərfi beş dəfə təkrarlanır. Bu beş qoşa samitdən hər biri La Liqa loqosu şəklində təsvir olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR