Bu problemlə üzləşənlər qarağat yeməlidir

Hələ qədim zamanlardan qarağatdan xalq təbabətində istifadə olunur. Qara qarağat xüsusilə C vitamini ilə zəngindir. Ona görə bu giləmeyvə çox gözəl antioksidant sayılır.

Mətbuat.az xarici mediaya istinadən qarağatın faydalarını təqdim edir:

- B və C vitaminləri ehtiva edir

- Manqan, fosfor, dəmir, mis və kalium mineralları ilə zəngindir

- Tərkibində yaxşı miqdarda lif var

- Antipiretik xüsusiyyətlərə malikdir və tərləyərək bədəndən zərərli maddələrin çıxarılmasına kömək edir

- Menstruasiya zamanı yaşanan ağrı, kramp və narahatlıq kimi simptomları azaltmağa kömək edir

- Yüngül işlətmə təsirinə malikdir, bağırsaqları aktivləşdirir və qəbizlik problemlərinin qarşısını alır

- İştah açıcıdır

- Sidikqovucu xüsusiyyətləri ilə böyrəklərin işini dəstəkləyir, böyrək daşı və sidik yolları infeksiyaları kimi problemlərin qarşısını almağa əhəmiyyətli dərəcədə kömək edir

- Həzm sistemini rahatladır və həzmsizlikdən qaynaqlanan şikayətlərin qarşısını alır

- Bitkinin yarpaqlarından hazırlanan qarağat çayının podaqra və revmatizmə xeyir verdiyi məlumdur

- Yarpaqlarından hazırlanan dəmləmə yaraların sağalmasında da faydalıdır və ağız infeksiyası zamanı qarqara kimi istifadə oluna bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı