Ərdoğan ABŞ-a səfərini təxirə saldı - XİN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərini təxirə salıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keceli bildirib:

“Prezidentin mayın doqqunuza planlaşdırılan ABŞ səfəri, cədvəllərdəki uyğunsuzluqlar səbəbindən hər iki ölkə üçün uyğun bir zamana qədər təxirə salınıb” .

Məsələ ilə bağlı Ağ Evin sözçüsü cümə günü qeyd edib ki, ABŞ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərini gözləyir, lakin bu günə qədər tərəflər belə bir səfərin vaxtı ilə bağlı razılığa gələ bilməyiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı